GOLD STAR RESIDENCE

ÜSTÜNLÜKLƏR

Həyətdə hovuz

Bizim yaşayış kompleksimizin ən gözəl xüsusiyyətlərindən biri də açıq havada hovuzunun olmasıdır. Hovuz, sakinlərimizin mükəmməl səviyyədə rahatlıq və istirahət etmələri üçün düşünülüb . Günün stresindən sonra, insanlar hovuzda istirahət edəcək, təmiz su və gözəl atmosferdən zövq alacaqlar. Bizim kompleksin sakinləri elə yaşadıqları məkanda da istirahət edə bilirlər. Bu bizim ən başlıca hədəflərimizdən biridir.

Həyətdə fəvvarə

Bizim yaşayış kompleksimizin fərqliliyini özünüz hiss edəcəksiniz!
Siz burada, gündəlik həyatınızın stresindən uzaqlaşacaq və yaradılan atmosferdən zövq alacaqsınız. Kompleksimizin həyətində olan fəvvarə, parklar, istirahət mərkəzi sizi şəhərin səs-küyündən uzaqlaşdıracaq və sizə anı yaşamağa, həyatdan zövq almağa kömək edəcək.

Uşaq oyun meydançaları

Uşaqlar bizim gələcəyimizdir! Onlarsız bu dünyanı təsəvvür etmək mümkün deyil və əlbəttə ki, bizim yaşayış kompleksimizi də. Yaşayış kompleksimizi inşaa edərkən nəzərə aldığımız digər ən vacib amillərdən biri də balaca dostlarımızın asudə vaxtlarını rahatlıqla və təhlükəsiz bir şəkildə keçirdə biləcəyi bir məkan yaratmaq idi. Uşaq meydançasının varlığı, kompleksimizin yaşayış keyfiyyətini artırır. Uşaqların burada oynayıb əylənməsi, ailələrin rahat hiss etməsinə kömək edir.

Avtodayanacaq

Yaşayış kompleksi üçün ayrılmış geniş avtomobil parkı, sakinlərin rahatlığı və təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Bu avtodayanacaq sadece avtomobillərin park etməsi üçün deyil, həm də yaşayış məkanına giriş və çıxış prosesini sürətləndirmək üçün nəzərdə tutulmuşdur. Bizim avtodayanacağımızda park etdiyiniz avtomobillərinizin təhlükəsizliyini təmin etmək üçün daimi nəzarət altındadır.

Ofislər

Ofislərimiz geniş sahələri, funksional düzənləri və yaxşı təchiz olunmuş infrastrukturu ilə diqqəti cəlb edir. İcarəyə verilən obyektlərimiz arasında ofis mərkəzləri, ticarət məkanları, kafelər, restoranlar və digər ticarət obyektləri daxildir. Hər bir obyekt, müştərilərinin tələblərinə cavab verən şəkildə dizayn edilmişdir və ətraf mühitə uyğunluğu nəzərə alınmışdır. İcarəyə verilən obyektlərimiz kompleksin geniş infrastrukturu ilə birləşdirildiyində, iş və həyatın keyfiyyətli birləşməsini təmin edir.

Supermarket

Yaşayış kompleksimizdə yerləşən supermarket, sakinlərin günlük alış-verişlərini asanlaşdırmaq üçün ideal bir məkandır. Bu supermarket geniş məhsul çeşidini sizə təqdim edir, beləliklə sakinlər günlük məhsul ehtiyaclarını rahatlıqla qarşılaya bilərlər. Təmiz, gigiyenik, çoxçeşidli məhsullarla supermarketimiz hər daim sizin sərəncamınızda olacaq.

Fitnes zalı və Spa mərkəzi

“İdman sağlamlığın rəhnidir”. Uşaq vaxtlarımızdan ta bu günə kimi bu şüarı eşidirik. İdmanın insan orqanizminə müsbət təsiri barədə hamımız ətraflı məlumata sahibik. Elə buna görə də biz yaşayış kompleksimizi inşaa edərkən nəzərə aldığımız əsas məqamlardan biri də idman mərkəzinin olmasıdır. Özünüzü əla formada saxlamaq və stressdən qurtulmaq üçün bizim yaşayış kompleksimizin ərazisində idman kompleksi fəaliyyət göstərir.
Məşqdən sonra sərin açıq hovuzda çimib dincələ bilərsiniz. Sonda isə SPA zonasına baş çəkin, həzz alın və gözəl emosiyalar yaşayın.

Alış-veriş mərkəzləri

Yaşayış kompleksimizə əlavə bir rahatlıq mərkəzi olaraq düşünülən alış-veriş mərkəzi, yaşayanlarımızın günlük ehtiyaclarını rahatlıqla qarşılaya biləcəkləri bir məkan təmin edir. Bu mərkəz, supermarketlərdən mağazalara, kafelərdən restoranlara qədər geniş bir sıralanma təklif edir. İstifadəçilərimiz günlük alış-verişlərini etmək, dostları ilə bir araya gəlmək və ya yemək içmək üçün bu mərkəzi istifadə edə bilərlər.